Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 15:09
İran nümayəndə heyəti Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair müqaviləni imzalamaq üçün bir ay ərzində Rusiya Federasiyasına səfər edəcək.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə şirkətin direktoru Xuşənq Bazvand məlumat verib.
“Proqnozlara görə, bir aydan az müddət ərzində İrandan nümayəndə heyəti müqavilənin yekun imzalanması üçün Rusiyaya göndəriləcək və bundan sonra Rəşt-Astara dəmir yolunun tikintisi üzrə işlər faktiki olaraq başlayacaq”, - Xuşənq Bazvand qeyd edib.
Onun sözlərinə görə, İran tərəfi qeyd olunan dəmir yolu sahəsinin layihələndirilməsi və tikintisi ilə bağlı Rusiya tərəfindən irəli sürülən təkliflərin təxminən 70%-ni qəbul edib.
Emil İsmayılov Rəşt-Astara Rusiya İran