Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir

Tarix: 17 Dec 2025 17:06

Bu il ərzində Azərbaycanda dörd innovasiya mərkəzi açılıb. “APA-Economics” xəbər verir ki, bunu “IDDA Awards” müsabiqəsinin mükafatlandırma tədbirində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib. T.Kərimli qeyd edib ki, bunlar Naxçıvanda, Gəncədə yaradılmış mərkəzlər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə yaradılmış mərkəz və Anderson Lab innovasiya mərkəzidir:

“Eyni zamanda qanunvericilik istiqamətində milli vençur maliyyələşməsi üzrə hüquqi çərçivənin formalaşdırılması məqsədilə müvafiq qurumlarla bir sıra işlər aparılıb. Hazırda bu sahədə qanunvericiliyə müəyyən təkmilləşdirmələrin edilməsi nəzərdə tutulur”.

O bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının akselerasiya proqramı vasitəsilə 30 komanda dəstəklənib və bu 30 komandadan ikisinə 50 min ABŞ dolları məbləğində investisiya edilib:

“5 universitetdə 4 hakaton, 6 inkubasiya və 2 digər innovasiya proqramı həyata keçirilib. Eyni zamanda agentlik ilə ABŞ-nin Plug & Play innovasiya platforması arasında əməkdaşlığa start verilib.

İstedadların inkişafı istiqamətində də bir sıra fəaliyyətlər həyata keçirilib. Eyni zamanda Global Innovation Institute tərəfindən 38 mütəxəssis 45 beynəlxalq sertifikat əldə etmiş, 8 qurum isə beynəlxalq akkreditasiyadan keçib. 62 akademik sahibkarlıq üzrə müəllim və mentor hazırlığı proqramını tamamlayıb”.

Əşrəf Mehdiyev vençur fondu

Xəbər Lenti