“Beşiktaş”ın prezidenti: 15 milyon avro verən Rafa Silvanı ala bilər

Tarix: 17 Dec 2025 18:56

“Beşiktaş” klubunda Rafa Silva ilə bağlı yaranmış böhran davam edir.

APA NTV-yə istinadən xəbər verir ki, klubun prezidenti Serdal Adalı bu gün verdiyi açıqlamada Rafa Silvanın satıla biləcəyini deyib.

Adalı bildirib ki, baş məşqçi Sergen Yalçınla keçirdikləri mətbuat konfransından bəri Rafa Silva klubda yalnız vitse-prezident Murat Kılıçla bir dəfə danışıb: “Bundan başqa heç bir ünsiyyətimiz olmayıb. Texniki heyət onun hazırlıq vəziyyətini diqqətdə saxlayır. Oynamaq istəsə, oynayacaq. Kim 15 milyon avro ödəsə, Rafa Silvanı ala bilər".

Qeyd edək ki, Rafa Silva xeyli müddətdir, komandanın heyətindən kənarda qalıb. O, əvvəlcə zədələndiyini əsas gətirərək, məşqlərdə iştirak etməyib. Bunun ardınca isə klubu tərk etmək istədiyini bildirib.

Portuqaliyalı futbolçu son vaxtlar yenidən məşqlərə qatılmağa başlasa da, hələlik komandanın heyətində meydana çıxmayıb.

Beşiktaş Rafa Silva Serdal Adalı Sergen Yalçın

Xəbər Lenti