Salyanda yük maşını ilə mikroavtobus toqquşub, 9 nəfər xəsarət alıb

Salyanda yük maşını ilə mikroavtobus toqquşub, 9 nəfər xəsarət alıb

Tarix: 18 Nov 2023 18:45

Salyanda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti