Qaradağda mağazada yanğın olub

Qaradağda mağazada yanğın olub

Tarix: 30 Dec 2023 17:23

Qaradağda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 280 m² olan birmərtəbəli mağazanın taxta atmaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti