Bakı Beynəlxalq Limanının ikinci fazası çərçivəsində layihələndirmə işləri davam edir

Tarix: 18 Dec 2025 12:32

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazası çərçivəsində layihələndirmə işləri davam edir.

“APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.

Onun sözlərinə görə, qeyd olunan proses üzrə ilkin nəticələr artıq əldə olunacaq.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci fazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteyner ekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləri davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq", - Eldar Salahov qeyd edib.

O əlavə edib ki, Bakı Limanının birinci fazası üzrə işlər artıq yekunlaşıb.

Emil İsmayılov

Xəbər Lenti