Hacıqabulda qəzada sürücünün həyat yoldaşı xəsarət alıb

Hacıqabulda qəzada sürücünün həyat yoldaşı xəsarət alıb

Tarix: 30 Dec 2023 23:54

Hacıqabulda baş verən qəzada sürücünün həyat yoldaşı ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyeva Ellada Əli qızı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti