Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 31 Dec 2023 09:58
Gecə saatlarında Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, prospektin Aerport yolu kimi tanınan hissəsində “BMW” və “Azsamand” markalı avtomobillər toqquşub.
Nəticədə “Azsamand”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az