Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 01 Jan 2024 13:24
Sumqayıtda 4 gün əvvəl avtomobilin vurduğu kişi ölüb.
APA xəbər verir ki, hadisə 29 dekabrda Corat qəsəbəsində baş verib.
“Kia Rio” markalı avtomobil 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi yolu keçmək istəyərkən vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, bu gün səhər saatlarında ölüb.
Fakt araşdırılır.
Mənbə: apa.az