Salyanda avtokar yanıb

Salyanda avtokar yanıb

Tarix: 19 Nov 2023 09:47

Salyan rayonunun Qaraçala kəndində ümumi sahəsi 1040 m² olan talvarın altında dayanan avtokarın yanar hissələri yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Talvar və altında dayanan digər xüsusi texnikalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti