Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 02 Jan 2024 18:16
Sabirabadda iki avtomobil toqquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndində qeydə alınıb. Qəza nəticəsində avtomobildə olan Azadakənd kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Nəbi Bəxtiyar oğlu xəsarət alıb. Ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılan yaralı bir neçə dəqiqədən sonra keçinib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az