Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 02 Jan 2024 20:50
“Real” mənim son iş yerimdir, bunu təsdiq edirəm. Sonun nə vaxt gələcəyini isə bilmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu açıqlamasında Karlo Ançelotti deyib.
“2026-cı ildən sonra uğur qazansaq, qala bilərəm. 2026-cı il məşqçilik karyeramın son ili ola da bilər, olmaya da. Mən məşqçi işini sevirəm və ümid edirəm ki, 2027 və 2028-ci illərdə də işimə davam edəcəm. Madridi bəyənirəm, burada qalmaq istəyirəm” - təcrübəli çalışdırıcı bildirib.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır.
Mənbə: qafqazinfo.az