Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 02 Jan 2024 20:24
Naxçıvanda silahlı insident qeydə alınıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şahbuz rayon Badamlı kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
Mənbə: apa.az