Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 04 Jan 2024 10:00
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyəyə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, o, çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubunu “Boluspor”a dəyişib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycanlı futbolçu Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
“Boluspor” Türkiyə birinci liqasında 17 turdan sonra 10-cu pillədədir.
Mənbə: qafqazinfo.az