Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi 
 - Video

Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi - Video

Tarix: 19 Nov 2023 14:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti