Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 05 Jan 2024 17:58
Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
APA FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az