Pirallahıda külək nəticəsində binada yaranan təhlükəli vəziyyət aradan qaldırılıb - VİDEO

Tarix: 06 Jan 2024 15:38

Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.

Pirallahıda külək nəticəsində binada yaranan təhlükəli vəziyyət aradan qaldırılıb - VİDEO
Pirallahıda külək nəticəsində binada yaranan təhlükəli vəziyyət aradan qaldırılıb - VİDEO
Pirallahıda külək nəticəsində binada yaranan təhlükəli vəziyyət aradan qaldırılıb - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti