Hacıqabulda mikroavtobusla yük maşını toqquşub, altı nəfər yaralanıb - ADLAR - YENİLƏNİB

Hacıqabulda mikroavtobusla yük maşını toqquşub, altı nəfər yaralanıb - ADLAR - YENİLƏNİB

Tarix: 19 Nov 2023 21:33

Hacıqabulda yol qəzasında xəsarət alanların adı bəlli olub.

APA xəbər verir ki, həmin şəxslər paytaxt sakinləridir:

Mirzəyeva Əntiqə Novruz qızı (1978);

Mirzəyev Ramil Oruc oğlu (1978);

Şıxəliyeva Tərbiyə Elbrus qızı (1981);

Şıxəliyeva Aylan Anar qızı (2009);

Şıxəliyev Adil Anar oğlu (2005);

Səmədova Rəqibə Qəzənfər qızı (1973).

***

Saat 20:10

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

“KamAZ” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Nəticədə altı nəfər xəsarət alıb.

Yaralılar Şirvan xətəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Mənbə: apa.az

Xəbər Lenti