De Byazi tənqidlərə dözməyib mətbuat konfransını tərk etdi

De Byazi tənqidlərə dözməyib mətbuat konfransını tərk etdi

Tarix: 20 Nov 2023 00:07

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransını yarımçıq tərk edib.

“Qafqazinfo” QOL.az-a istinadən xəbər verir ki, mütəxəssis konfransda jurnalistlərin ona tənqidi suallar ünvanlamasına qəzəblənib.

İtaliyalı məşqçi əsəbi halda konfrans zalından ayrılıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti