Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Tarix: 26 Dec 2025 17:23

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Günay Elşən Milli Hidrometeorologiya Xidməti hava proqnoz xəbərdarlıq

Xəbər Lenti