“Beşiktaş”ın yeni baş məşqçisi açıqlandı

“Beşiktaş”ın yeni baş məşqçisi açıqlandı

Tarix: 07 Jan 2024 19:56

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “qara qartallar” portuqaliyalı məşhur məşqçi Fernando Santosla anlaşıb.

Bu barədə İstanbul təmsilçisi rəsmi məlumat yaysa da, müqavilənin detalları barədə xəbər verilməyib.

Qeyd edək ki, 69 yaşlı mütəxəssisin son iş yeri Polşa millisi olub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti