Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 10:12
Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş rəsmi tədbirdə “Azercell Telekom” MMC ölkədə idmanın inkişafına verdiyi töhfəyə görə ilin ən yaxşı idman dəstəkçilərindən biri elan edilib.
Tədbirə idman federasiyalarının və təşkilatlarının rəhbərləri, media nümayəndələri, tanınmış idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri qatılıb.
Qeyd edək ki, Azercell uzun illərdir ölkədə idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət milli idman federasiyaları ilə əməkdaşlıq edir, uşaqlar və gənclər üçün bu sahədə sosial layihələrin icrasına töhfə verir.
Azercell-in Azərbaycan Cüdo Federasiyası (ACF) ilə tərəfdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial layihəsi erkən nikah mövzusunu gündəmə gətirərək gənc qızlar arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təşviqi məqsədini daşıyıb. Layihə çərçivəsində 7–14 yaş aralığında 1000 qız cüdo məşğələlərinə cəlb olunub. Bununla yanaşı, şirkətin ACF ilə birgə icra etdiyi daha bir sosial layihə, “Doğru yol budur” təşəbbüsü, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin təbliğatına yönəlib.
Eyni zamanda, Azercell 2017-ci ildən etibarən Paralimpiya Komitəsinin tərəfdaşıdır.
Bu təşəbbüslər vasitəsilə “Azercell Telekom” MMC idmanı sosial dəyişikliklərin təşviqində əhəmiyyətli rol oynayan istiqamət kimi dəyərləndirdiyini və uzunmüddətli, dayanıqlı sosial təsirin yaradılması istiqamətində strateji yanaşmasını nümayiş etdirir.
APA-Economics Azercell