Göygölə güclü qar yağıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb - FOTO

Tarix: 27 Dec 2025 21:40

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

APA-nın yerli bürosunun məlumatına görə, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb. Qeyd edək ki, hazırda Daşkəsən, Gədəbəy və Qərb bölgəsinin ucqar rayonlarında güclü qar yağır.

Fuad Nazimoğlu

Xəbər Lenti