Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 08 Jan 2024 16:40
Azərbaycan idmançıları yeni ilə rekordla başlayıblar.
Apasport.az xəbər verir ki, bu sevindirici xəbər Anna Yusupovadan gəlib.
Atletimiz Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda bu uğura imza atıb. Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək yarışı 12-ci pillədə başa vursa da, bu qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordu olub.
Mənbə: apa.az