Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 08 Jan 2024 20:06
Cəlilabadda ev yanıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Nəsirov Fikrətə məxsus 90 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Mənbə: apa.az