Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 08 Jan 2024 21:12
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
"VAZ 2108" markalı avtomobillə "AzSamand" toqquşub.
Qəza nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az