Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 09 Jan 2024 00:54
İspaniya kubokunun 1/16 final mərhələsinin “Yunionistas” – “Vilyarreal” matçı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, dünən 90 dəqiqədə “Reina Sofia” stadionunda işıqların sönməsi səbəbindən yarıda dayandırılmış oyun bu gün davam etdirilib.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. La Liqa klubu 3-cü divizion təmsilçisinə penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.
Beləliklə, “Vilyarreal” turnirdə mübarizəni dayandırıb, “Yuniostas” isə 1/8 finala yüksəlib.
Artıq 1/8 final mərhələsinin püşkü də atılıb. Cütlükləri təqdim edirik:
Yunionistas – Barselona Tenerife – Malyorka Xetafe – Sevilya Osasuna – Real Sosyedad Valensiya – Selta Atletik – Alaves Atletiko – Real Jirona – Rayo Valyekano
Mənbə: qafqazinfo.az