TƏBİB: Perinatal Mərkəzə TTY-nin 12 briqadası cəlb olunub, müalicə alanların təxliyəsi planlaşdırılır

TƏBİB: Perinatal Mərkəzə TTY-nin 12 briqadası cəlb olunub, müalicə alanların təxliyəsi planlaşdırılır

Tarix: 09 Jan 2024 05:14

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

Mənbə: apa.az

Xəbər Lenti