Kriptobirjada son durum- "Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Tarix: 29 Dec 2025 09:47

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir.

"APA-Economics" xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"in qiyməti 90 008 dollar təşkil edib və qiyməti gün ərzində 0,29% azalıb.

"Ethereum"un qiyməti 0,41% azalaraq 3 036 dollar səviyyəsində formalaşıb.

Stabilkoinlər sırasında Tether 0,999 dollar, USDC isə 0,9996 dollar səviyyəsində ticarət olunaraq sabitliyini qoruyub.

Alternativ kriptovalyutalar arasında BNB 866 dollar səviyyəsinə enib, Solananın qiyməti 127,98 dollar, XRP-nin qiyməti isə 1,90 dollar olub.

Dogecoin 0,127 dollar, Cardano isə 0,381 dollar səviyyəsində ticarət olunub, hər iki aktiv üzrə həftəlik artım müşahidə edilib.

Bazar iştirakçıları qısamüddətli qiymət dalğalanmalarını mənfəət realizasiyası ilə əlaqələndirir, analitiklər isə kriptovalyuta bazarının yaxın günlərdə qlobal risk iştahına və makroiqtisadi xəbərlərə həssas qalacağını bildirirlər.

Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta bitcoin XRP Cardano Solano

Xəbər Lenti