Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 14:25
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
“APA-Economics” xəbər verir ki, qeyd olunanlarla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Emil İsmayılov RİNN