Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 09 Jan 2024 11:43
“Son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
O bildirib ki, qazilərin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa, bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək.
Mənbə: qafqazinfo.az