Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 20 Nov 2023 11:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlının avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2021-ci il təvəllüdlü E.Aşullı yaşadığı fərdi evin qarajında avtomobilin içərisində olarkən qapılar kilidlənib və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə avtomobilin qapısını açaraq azyaşlını ailəsinə təhvil veriblər.
Mənbə: apa.az