Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərində su təchizatı sistemi qurulur

Tarix: 29 Dec 2025 18:40

Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə başlanılır.

"APA-Economics" xəbər verir ki, Dövlətyarlı kəndində su təchizatı layihəsinin dəyərinin 3 002 336,54 manat olacağı ehtimal edilir.

Pirəhmədli kəndində isə 2 629 156,82 manat dəyərində layihənin icrası nəzərdə tutulur.

Əşrəf Mehdiyev su təchizatı Füzuli Dövlətyarlı Pirəhmədli kənd

Xəbər Lenti