Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 30 Dec 2025 10:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüşüb.
Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Anar Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə göstərdiyi qardaş dəstəyin yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. O bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindən biridir və gələcəkdə Qırğızıstanla birgə layihələrin daha da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonda Komitə sədri Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə dəvət edib.
Firuzə Vahid Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Anar Quliyev Qırğızıstan səfir
