Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 09 Jan 2024 23:36
“Sabah” baş məşqçisi Murad Musayevə yeni müqavilə təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü deyib.
Musayev klub rəhbərliyinin ona yeni sözləşmə təklif etdiyini və hazırda bunun müzakirə edildiyini bildirib.
Qeyd edək ki, Murad Musayevin “Sabah”la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. O, 2021-ci ilin oktyabırından paytaxt təmsilçisini çalışdırır.
Mənbə: qafqazinfo.az