Sabahdan Azərbaycanın rayonlarında qar yağacaq, yollarıbuz bağlayacaq - XƏBƏRDARLIQ

Tarix: 31 Dec 2025 12:45

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Xidmətdən APA-ya verilən xəbərər görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Xəbər Lenti