Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 10 Jan 2024 13:54
Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə və 1985-ci il təvəllüdlü Elimxan Şabanovun öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.