Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır

Tarix: 01 Jan 2026 09:15

Yeni 2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır.

APA xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir.

Məlumata görə, 1 yanvar tarixində G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində G2 səviyyəsinədək güclənməsi ehtimalı var.

2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı bildirilir.

maqnit fırtınası geomaqnit vəziyyət Günəş aktivliyi koronal dəlik koronal kütlə atılması Yer 1 yanvar 2026 elm xəbərləri kosmos təbiət hadisələri

Xəbər Lenti