Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Tarix: 10 Jan 2024 17:46

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakinlərinin idarə etdiyi "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan ikisi rayonun Yaqublu, bir nəfər isə Calut kəndinin sakinləridir.

Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti