“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

Tarix: 10 Jan 2024 19:08

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti