“Real” Superkubokun finalında 
 - Video

“Real” Superkubokun finalında - Video

Tarix: 11 Jan 2024 09:46

“Real” İspaniya Superkubokunda yarımfinal oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Karlo Ançelottinin komandası “Atletiko” ilə qarşılaşıb. Madridlilər 5:3 hesablı qalibiyyətlə finala adlayıb. 

Digər yarımfinal oyununda bu gün “Barselona” “Osasuna”nı qəbul edəcək. Bu görüşün qalibi finalda "Real"a rəqib olacaq.

“Real” – “Atletiko” - 5:3 Qollar: Rüdiger, 20. Mendi, 29. Karvahal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-avtoqol.

 

Mənbə: qafqazinfo.az

Xəbər Lenti