Xətaidə mənzildə köməksiz qalan uşaq xilas edilib - VİDEO

Xətaidə mənzildə köməksiz qalan uşaq xilas edilib - VİDEO

Tarix: 11 Jan 2024 09:54

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.

Mənbə: apa.az

Xəbər Lenti