Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 09:43
Şimal-qərb bölgəsinə 30 sm qar yağıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb. Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur. Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.
Vüqar Heydərov qar yağış hava