Göygöldə güclü qar səbəbindən ucqar kənd yollarında hərəkət çətinləşib - FOTO

Tarix: 02 Jan 2026 10:13

Göygöldə güclü qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından yağmağa başlayan qar rayonun Toğanalı, Göyçəkənd, Qarabulaq və ucqar kəndlərinə düşüb.

Ucqar kəndlərdə qarın hündürlüyü 15-20 santimetrə çatıb. Bu səbəbdən ucqar kəndlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hərəkət qismən təmin olunsa da bəzi avtomobillər yolda qalıb.

Gədəbəy və Tovuz rayonlarına gecə saatlarından etibarən güclü qar yağmağa başlayıb. Tovuzun Qoşaqbulaq və ucqar kəndlərinə, Gədəbəyin Qızıltorpaq, Günəşli, Dəyəqarabulaq, Arıqıran həmçinin ucqar kəndlərinə yağan qarının hündürlüyü 30-40 sm çatıb. Güclü qar səsəbindən rayonların ucqar kəndlərinə gedən yollar buz bağlayıb. Nəticədə avtomobillərin hərəkəti qismən çətinləşib.

Şəmkir rayonuna da güclü qar düşüb.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Fuad Nazimoğlu qar Göygöl

Xəbər Lenti