Lerikdə dağlarda qarın hündürlüyü 25 sm-ə çatıb

Tarix: 02 Jan 2026 12:01

Ötən gündən respublika ərazisində müşahidə olunan yağışlı-qarlı hava şəraiti nəticəsində Lerik rayon mərkəzi də daxil olmaqla bütün kəndlərə qar yağıb.

APA-nın cənub bürosu xəbər verir ki, bu barədə rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirilib.

Komissiya sədrinin sözlərinə görə hazırda rayon mərkəzində qarın hündürlüyü 10-15 sm, dağlarda isə 20-25 sm çatıb: "Rayonun əsas yolu olan Lənkəran-Lerik yolu açıqdır. Rayon mərkəzi ilə kəndlərə gedən yollarda da heç bir problem yoxdur. Bu saata qədər elektrik enerjisinin verilişində, eləcə də təbii qaz, su təchizatında heç bir problem olmayıb. Hazırda qarlı hava şəraiti davam edir".

Qeyd edək ki, cənub bölgəsinin ətraf rayonlarında yağışlı hava şəraiti müşahidə olunur.

Lerik qar

Xəbər Lenti