Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Tarix: 02 Jan 2026 12:58

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

“APA-Economics” bu barədə Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir.

Qeyd edilib, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Şükran Məmmədov Dövlət Dəniz və Liman Agentliyi

Xəbər Lenti