Cümə, 2 Yanvar, 2026
Tarix: 02 Jan 2026 15:07
Cəlilabadın dağlıq kəndlərinə qar yağıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qar əsasən dağətəyi kəndlər olan Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravara yağıb.
Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i keçib. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyü 25 sm-ə çatıb.
Hazırda şaxtalı hava şəraiti davam edir və qar yağır.
İlkin Rzayev Cəlilabad dağ qar