Xaçmazda inzibati binada yanğın olub

Xaçmazda inzibati binada yanğın olub

Tarix: 11 Jan 2024 14:13

Xaçmazda inzibati binada yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, rayonun Ağaverdioba kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti