Zabratda təkər tullantıları yanıb

Zabratda təkər tullantıları yanıb

Tarix: 11 Jan 2024 18:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti