Ramil Şeydayevin maaşı açıqlandı

Ramil Şeydayevin maaşı açıqlandı

Tarix: 12 Jan 2024 00:12

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni transfer olunduğu “Kocaelispor”da qazanacağı məbləğ açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı forvard bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq. 

Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Tailand “Buriram Yunayted”i olub.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti